Azərbaycan Beynəlxalq Bankı Caz Festivalının sponsorudur


Digərləri 15 Okt 2018 14:56:30 218 0

Azərbaycan Beynəlxalq Bankı Caz Festivalının sponsorudur

Azərbaycan Beynəlxalq Bankı Bakı Beynəlxalq Caz Festivalının sponsorlarındandır.

Bakı. Oktyabrın 14-də Bakıda Beynəlxalq Caz Festivalı start götürüb. Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Bakı Beynəlxalq Caz Festivalının da sponsorlarındandır. Açılış mərasimi “Elektra Events Hall”da baş tutub. Oktyabrın 28-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları Beynəlxalq Muğam Mərkəzində və Rotunda Caz Klubunda təşkil olunacaq. Festival çərçivəsində maraqlı sərgilər, seminarlar, master-klasslar, film nümayişi, caz ustaları ilə görüşlər olacaq.