Abramoviç sabiq arvadına möhtəşəm malikanə tikdirir FOTO


Digərləri 15 Okt 2018 14:37:00 281 0

Abramoviç sabiq arvadına möhtəşəm malikanə tikdirir  FOTO

Rusiyalı milyarder, 51 yaşlı Roman Abramoviçin sabiq xanımı və iki övladının anası, 37 yaşlı Darya Jukova ABŞ-ın Nyu-York şəhərinin ən bahalı daşınmaz əmlaklarından birinin sahibəsinə çevrilib.

Son.az ABC-yə istinadən bildirir ki, Abramoviç şəhərin Manhetten səmtində yerləşən binanın yarısını 95 milyon dollara satın alaraq D.Jukovaya hədiyyə edib.

Upper East Side-da bir-birinə bitişik üç malikanəni satın alan Abramoviç "Herzog&de Meuron" tikinti şirkətlərinə bu malikanələri birləşdirərək bir evə döndərməyi tapşırıb.

Beləliklə, Darya Jukovanın iki övladı ilə birlikdə yaşayacağı malikanə 3 beşmərtəbəli binadan ibarət olacaq.

Roman Abramoviç hazırda İsrailin paytaxtı Təl-Əvivdə, milyarder Yaron Varsanodan satın aldığı malikanədə yaşayır.


Xəbərə aid fotolar