Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlandı


Digərləri 15 Okt 2018 14:38:17 334 0

Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlandı

Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumu intoksikasiyası (zəhərlənmə) olub:

"Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs bundan ölüb. Orqanizmin ümumu intoksikasiyası ölümün bilavasitə səbəbidir".