MBD metropolitençiləri Bakıda toplaşdı (FOTO)


Digərləri 15 Okt 2018 14:36:00 305 0

MBD metropolitençiləri Bakıda toplaşdı (FOTO)

Bakıda "Bakı Metropoliteni" QSC-nin üzvü olduğu “Metro” Beynəlxalq Assosiasiyasının MDB məkanı ölkələri metropolitenlərində və dəmir yollarında tətbiq edilən yeni texnika və qabaqcıl texnologiyalara və sistemlərə həsr olunmuş növbəti müşavirəsi keçirilib.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" QSC-nin üzvü olduğu “Metro” Beynəlxalq Assosiasiyasının MDB məkanı ölkələri metropolitenlərində və dəmir yollarında tətbiq edilən yeni texnika və qabaqcıl texnologiyalara və sistemlərə həsr olunmuş növbəti müşavirəsi keçirilib. Trend-in məlumatına görə, tədbirdə assosiasiya üzvləri olan metropolitenlərin işarəvermə və rabitə xidmətlərinin rəhbərləri, həmçinin dünyanın aparıcı şirkət, təşkilat və müəssisələrinin, tanınmış elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbər-mütəxəssis heyəti iştirak ediblər. Müşavirənin keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin 18 mart 2011-ci il tarixli "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına, eləcə də dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, Bakı metropolitenində tətbiq edilmiş ən müasir və yüksək dünya standartlarınn tələblərinə cavab verən yeni texnika və qabaqcıl texnologiyaların təqdimatı, son illərdə həyata keçirilən yeni layihələrlə bağlı geniş təcrübə və fikir mübadiləsi aparmaq olub. "Park İnn" otelinin konfrans zalında keçirilən tədbir iştirakçılarını “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov salamlayıb və müşavirədə müzakirə olunacaq məsələlərin həllində onlara uğurlar arzulayıb. ”Metro” Beynəlxalq Assosiasiyasının baş texnoloqu Vyaçeslav Kurışev bildirib ki, bu toplantının iştirakçılarını Bakıya gətirən başlıca səbəb Bakı metropolitenində son illər, xüsusən də işarəvermə və rabitə sahəsində tətbiq edilən yeni texnologiyalarla tanışlıq, onların verdiyi texniki, iqtisadi səmərə və bunun nəticələrinin şahidi olmaqdır.