Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlanıb


Digərləri 15 Okt 2018 14:19:49 211 0

Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlanıb

Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümün səbəbi açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumu intoksikasiyası (zəhərlənmə) olub: “Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs bundan ölüb. Orqanizmin ümumu intoksikasiyası ölümün bilavasitə səbəbidir”.