Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır


Digərləri 15 Okt 2018 14:14:00 246 0

Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

Səhiyyə Nazirliyi "Modern Hospital" klinikasında mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırma aparır.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib:

"Hazırda Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır. Araşdırma bitən kimi nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları da araşdırma aparırlar".