Alimin evindən 1 milyon manat oğurlamaqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar


Digərləri 15 Okt 2018 13:50:28 245 0

Alimin evindən 1 milyon manat oğurlamaqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.