Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu VİDEO


Digərləri 15 Okt 2018 13:55:00 234 0

Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu  VİDEO

Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.

"BolMart" supermarketinin qarşısında ağ rəngli "Range Rover" markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.

Hadisə nəticəsində T.Məmmədli kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır dəyərləndirilir.

Videonu izləmək üçün şəklə klikləyin: