Yasamalda mağazadan mobil telefonlar oğurlayan şəxs saxlanılıb


Digərləri 15 Okt 2018 13:33:00 231 0

Yasamalda mağazadan mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102-Zəng Mərkəzi”nə müraciət daxil olub.

Bakı. Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102-Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.