Tramp: "Avropa İttifaqı özünü ABŞın düşməni kimi aparır"


Dünya 15 Okt 2018 12:47:00 265 0

Tramp: "Avropa İttifaqı özünü ABŞın düşməni kimi aparır"

Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

"Müttəfiq kimdir? Çoxları ilə gözəl münasibətlərimiz var. Amma heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır. Avropa İttifaqı ticarət sahəsində bizdən istifadə etmək üçün yaradılmışdı və onlar da məhz bunu etdilər", - D.Tramp deyib.