Meşədə ərini qətlə yetirən qadın və daha 2 nəfər tutulub


Digərləri 15 Okt 2018 12:28:36 286 0

Meşədə ərini qətlə yetirən qadın və daha 2 nəfər tutulub

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı. Cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.