Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu (VİDEO)


Digərləri 15 Okt 2018 12:09:00 247 0

Bakıda "Range Rover" 27 yaşlı piyadanı vurdu (VİDEO)

Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.

Bakı. Ceyhun Ələkbərov - Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib. "BolMart" supermarketinin qarşısında ağ rəngli "Range Rover" markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.