Tovuzda inək qaçdı,


Digərləri 15 Okt 2018 12:02:00 235 0

Tovuzda inək qaçdı,

Tovuzda qadının barmağını kəndir kəsib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Xəlilova Lyudmila Viktor qızı həyətlərində inəyi kəndirlə bağlamaq istəyərkən heyvan qaçıb və qadını sürüyüb.

Hadisə nəticəsində kəndir qadının baş barmağını kəsib.

Qadın təcili olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra qadının barmağı amputasiya olunub.