Fədayə Laçın və digərlərinin məhkəməsində prokuror vaxt istədi


Digərləri 15 Okt 2018 12:05:50 273 0

Fədayə Laçın və digərlərinin məhkəməsində prokuror vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fuad Hacıyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, ibtidai istintaq zamanı şahid kimi dindirilən şəxslər istintaq başa çatandan sonra cinayət işi materiallarında şahid kimi göstərilməyib.

Müdafiəçi şahidlərin məhkəməyə çağırılmasını və dindirilməsini istəyib.

Məhkəmədə məlum olub ki, həmin şəxslərin sayı 50 nəfərə yaxındır.