Bakıda mobil operatorların stansiyalarının akkumulyatorları oğurlandı FOTO


Digərləri 15 Okt 2018 12:06:00 363 0

Bakıda mobil operatorların stansiyalarının akkumulyatorları oğurlandı  FOTO

Paytaxtın Nizami rayonu ərazisində "Azərconnet" MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif  Hüseynov saxlanılıblar.

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.


Xəbərə aid fotolar