Nazirlik şəhid hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı son statistik məlumatları açıqlayıb


Digərləri 15 Okt 2018 12:05:00 231 0

Nazirlik şəhid hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı son statistik məlumatları açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb.

Bakı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb. Bununla əlaqədar aidiyyəti qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.