Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir


Digərləri 15 Okt 2018 11:57:00 266 0

Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini və səfirin müavini Alberto Aura Qonzales ilə görüşüb.

Son.az xəbər verir ki, görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub.

Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.