“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 15 Okt 2018 11:53:59 225 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.15$-a ticarət edilir və 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Avropada siyasi risklərin artması, iqtisadiyyata mənfi təsir etməklə, avronun qiymətinə də mənfi təsir edir. Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərim də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir. GBP GBP/USD məzənnəsi də bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi fonunda bu gün 0.6%-lik ucuzlaşması ilə yadda qalıb. Təhlillərə əsasən, 1.31$-a ticarət edilən valyuta cütlüyünün qiyməti, 1.30$-a kimi də ucuzlaşa bilər. İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir. Çərşənbə axşamı, çərşənbə günü və cümə axşamı saat 12:30-da müvafiq olaraq dərc ediləcək İngiltərənin işsizlik, inflyasiya və pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.