Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək


Digərləri 15 Okt 2018 11:57:00 205 0

Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək

Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov “Dini mərasimlər: tarix, ənənə və hüquq” adlı tədbirdə deyib. S.Novruzov bildirib ki, mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin.