Azərbaycan Beynəlxalq Bankı kapital mövqeyini 3-cü rübdə də gücləndirib


Digərləri 15 Okt 2018 11:37:51 249 0

Azərbaycan Beynəlxalq Bankı kapital mövqeyini 3-cü rübdə də gücləndirib

Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

Bakı. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb. Müvafiq göstəricilər sağlamlaşdırma prosesini uğurla başa vuraraq yeni inkişaf mərhələsində olan bankın fəaliyyətindəki müsbət trendləri əks etdirir. Belə ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.32 milyard manat, balans kapitalı – 1.28 milyard manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli 1.7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1.22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmdə kredit və qarantiyalar verilib. Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması Azərbaycan Beynəlxalq Bankının mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri – 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.