Talıb Tale kütləvi davaya düşdü, döydü,


Digərləri 15 Okt 2018 11:23:00 457 0

Talıb Tale kütləvi davaya düşdü, döydü,

Son.az-ın "Düzünə qalsa" rubrikasının budəfəki məşhur siması az danışmağa üstünlük verən, qalmaqalı təbiətinə yad hesab edən müğənni Talıb Tale oldu.

Özünü şanslı müğənnilərdən hesab edən Talıbla müsahibəmizi təqdim edirik:

Vaxtı ilə səni qəbul etməyənlərin bir gün konsertinə bilet alıb gələcəklərinə inanırdınmı?

- Bəli, inanırdım! Çünki öz səhvlərimi, çatışmayan cəhətlərimi bilirəm. Hal-hazırda da onları yavaş-yavaş aradan qaldırmağa çalışıram. Mən əvvəlki işlərimə baxıram, görürəm ki, həqiqətən, çatışmayan şeylər çoxdur. Heç kimi də qınamaq lazım deyil. O şəxsləri qınayıram ki, bilə-bilə, qərəzli şəkildə, yaradıcılığımla tanış olmadan müxtəlif cür don geyindirirlər, ad qoyurlar. 

Talıbın uğur sirri nədir?

- Düşünürəm ki, səs fərqliliyi var. Mahnılarımı da özüm yazdığım üçün düşünürəm ki, bir-birinə bağlıdır. Səs, mahnılar bir-birini tamamlamalıdır ki, uğur əldə edə biləsən. 

Əks cinsdən səni "Bir qadın da kişiyə belə təklif edər?" dedirdəcək təklif almısan?

- Çox olub elə təkliflər. Konkret faktlar barədə danışmaq istəmirəm. Başa düşmüşəm o qızı, amma, həqiqətən, özüm-özümə təəccüblənmişəm ki, "Axı bu qız məndə nə görüb?"

Şəxsi həyatını mediadan gizlətməyə çalışırsan. Ailə qurmağı planlaşdırdığın xanım varmı?

- Gecikibsə də, var! Artıq sosial şəbəkələrə də özüm istəməsəm də müəyyən fotolar sızdı. Yəni, yaxın zamanlarda toy gözlənilir.

Gələcək həyat yoldaşına sosial şəbəkə qadağası qoyacaqsanmı?

- Hər şeyin həddi var, norması var. Deyim ki, istifadəsinə tamamiylə qadağa qoyacam, yox, yalan olar. Çərçivəsində olmaqla, müasir dövrlə də ayaqlaşmaq lazımdır.

Düşdüyün hansı situasiyadan sonra düşündün ki, "Mən Azərbaycanda, həqiqətən də, çox məşhuram"?

- İlk dəfə mən onu Azərbaycandan kənarda hiss etdim. 2016-2017-ci illər arası Rusiya şəhərlərində çox konsertlər oldu. Onda, həqiqətən, orada mənə münasibəti, reaksiyanı gördüm. Ardınca, "Maşın" şounun özündə onu hiss etdim. 

"Maşın" şounu yaradıcılığında sıçrayış dönəmi adlandırmaq olar?

- Yox, deməzdim. Yaradıcılığım elə öz axarında davam edirdi. Ona qədər də mən çalışırdım. 2016-2017-ci illərdə də işlərim çox yaxşı gedirdi. Sadəcə, "Maşın" şou məni Azərbaycan tamaşaçısına digər tərəfdən - şəxsiyyət kimi tanıtdı. Özü də çox geniş kütləyə tanıtdı. Biri var tək internetdən istifadə edən, məni izləyən öz publikama, biri də var digərlərinə də.

"Maşın" şounun toy qiymətlərinə təsiri oldu?