Canlı yayımda şok:


Digərləri 15 Okt 2018 11:30:00 328 0

Canlı yayımda şok:

Məğlubedilməz amerikalı boksçu, ağır çəki dərəcəsində çıxış edən Deontey Uaylder WBC versiyası üzrə dünya çempionudur. O, karyerasının əvvəlindən bəri nokautlarla qələbələrin sayı baxımından ən uzun seriyaya malikdir.

Son.az ABC-yə istinadən bildirir ki, Pekindəki Yay Olimpiya Oyunlarında bürünc medal qazandığı üçün "Bronze Bomber" ləqəbi ilə tanınan 32 yaşlı boksçu dünən "Nacion ESPN" telekanalındakı proqramda maskotu bir yumruqla yerə sərib.

Canlı yayımda olan proqramda maskotun içindəki şəxsin çənəsi sınıb.

Proqram dekabrın 1-də Los-Ancelesdə "Gipsy King" ("Qaraçı kralı") ləqəbli britaniyalı boksçu Tayson Fyuri ilə Deontey Uayder arasında çempion titulu uğrunda döyüşə həsr olunmuşdu.

30 yaşlı Tayson Fyuri IBF, WBA, WBO və IBO versiyaları üzrə sabiq dünya çempionu, EBU versiyası üzrə Avropa çempionudur.


Xəbərə aid fotolar