Rüfət Dadaşov: "Başa düşmədim, niyə belə etdilər?"


İdman 15 Okt 2018 10:37:00 284 0

Rüfət Dadaşov: "Başa düşmədim, niyə belə etdilər?"

Milli komandamızın futbolçusu Rüfət Dadaşov Malta ilə Millətlər Liqasının oyunundan sonra (1:1) müsahibə verib.

Goal.az xəbər verir ki, hücumçu əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Düşünürəm ki, çox yaxşı oynadıq. İmkanlarımız da oldu, ancaq bəxtimiz gətirmədi. Rəqibin isə bir qol epizodu oldu və ondan yararlandı. İkinci hissənin əvvəlində bərabərliyi əldə etdik. Ondan sonra da qol şanslarımız oldu, amma dəqiq zərb əvura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi.

 

- Mahir Mədətov oyundan çıxarkən azarkeşlər tərəfindən fitə basıldı. Bunu necə şərh edirdin?

- Başa düşmədim, niyə belə etdilər? O, yaxşı futbolçudur, matçı da yaxşı keçirmişdi.

 

- Növbəti oyunlarda nəyə ümid edə bilərik? Qrupdan çıxmaq şansımız varmı?

- Əlbəttə. Hələ ki şanslarımız davam edir. Sübut etdik ki, yaxşı oynaya bilirik.

 

- Üçillik fasilədən sonra milliyə yenidən dəvət aldın. Təəssüratların necədi?

- Doğrudur, uzun müddətdən sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım. 

 

- 4 il əvvəl sənin də oynadığın, dubl etdiyin qarşılaşmada Maltaya qalib gəlmişdik. Bu gün isə alınmadı...

- Düşünürəm ki, 4 il öncəkidən daha yaxşı oynadıq. Amma futboldur, alınmayanda alınmır.

 

- O vaxtkı komanda ilə indikini və ya baş məşqçiləri müqayisə edə bilərsən?

- Baş məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq.