İrandan İraqa qanunsuz yanacaq daşınmasının qarşısı alınıb


Digərləri 15 Okt 2018 11:05:00 227 0

İrandan İraqa qanunsuz yanacaq daşınmasının qarşısı alınıb

İranın gömrük məmurları İraq yük maşınlarından 265 min litrdən çox yanacaq aşkarlayıblar

Bakı. Elnur Bağışov - İranın Pərvizxan gömrük keçidinin əməkdaşları ötən bir neçə gün ərzində qanunsuz şəkildə 265 min litrdən çox yanacağı gömrükdən keçirməyə cəhd edən İraq yük maşınlarını saxlayıblar. Trend-in məlumatına görə, Kirmanşah Gömrük İdarəsinin baş direktoru Xəlil Heydəri bildirib ki, yük maşınları İraqa məxsus olub. Sürücülər yanacaq qablarını yük maşınlarında gizlədiblərmiş.