Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)


Digərləri 15 Okt 2018 10:52:00 251 0

Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)

Paytaxtın üç rayonunda isə səyyar əmək birjası təşkil olunub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay Göyçay, Tərtər, Yevlax, Kürdəmir, Samux rayonlarında və Mingəçevir şəhərində əmək yarmarkaları keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda 173 müəssisə üzrə 1000-ə yaxın vakant iş yeri təqdim edilib, 312 nəfər işaxtaran və işsiz vətəndaşa peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib. Peşə bacarığına uyğun iş tapmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.