Xaçmaz və Biləsuvarda icazəsiz ova cəhd edən şəxslər saxlanılıb


Digərləri 15 Okt 2018 10:46:00 241 0

Xaçmaz və Biləsuvarda icazəsiz ova cəhd edən şəxslər saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Bakı. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub. Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.