Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək


Digərləri 15 Okt 2018 10:00:00 187 0

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Bakı. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.