Bakıda xalçayuma sexində yanğın


Digərləri 15 Okt 2018 09:36:00 228 0

Bakıda xalçayuma sexində yanğın

Bakıda xalçayuma sexi yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan tikilinin (xalçayuma sexi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və qurutma hissəsində olan əşyalar yanıb.

Tikilinin qalan hissəsi və digər əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.