Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib


Digərləri 15 Okt 2018 09:23:00 215 0

Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib

Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilir.

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayır.