Boksçularımız III Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıblar


Digərləri 15 Okt 2018 09:24:00 260 0

Boksçularımız III Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıblar

Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib.

Bakı. Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib. Trend-in məlumatına görə, bu növ üzrə ilk yarış günündə Azərbaycan yığmasının hər 2 idmançısı rinqə çıxıb. Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirib. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz gərgin keçən qarşılaşmada qələbə qazanıb – 3:2 (27:30, 29:28, 28:29, 30:27, 29:28). Bu qələbə Səfərovu yarımfinala yüksəldib. Təmsilçimiz 1/2 finalda Atiçay Foemsap (Tailand) – Spenser Volcoks (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.