Viorika Dençile Türkiyəyə səfər edəcək


Dünya 15 Okt 2018 07:55:00 217 0

Viorika Dençile Türkiyəyə səfər edəcək

Rumıniyanın baş naziri Viorika Dençile bu gün Türkiyəyə rəsmi səfərə gələcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Viorika Dençile səfər zamanı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdə mövcud məsələlər müzakirə olunacaq.