Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər (ÖZƏL)


Digərləri 15 Okt 2018 07:55:00 218 0

Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər (ÖZƏL)

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər

Bakı. İlkin Şəfiyev - Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər. Bunu Trend-ə Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib. Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.