Ağdamın Əfətli kəndində mina aşkar edilib FOTO


Digərləri 15 Okt 2018 07:41:00 262 0

Ağdamın Əfətli kəndində mina aşkar edilib  FOTO

Ağdamın Əfətli kəndində mina aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, oktyabrın 14-ü saat 10:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd ermənistan istehsalı olan piyada əleyhinə mina (PMN-Э) aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.


Xəbərə aid fotolar