Süni intellekt elektron ticarətə uğur qazandırır


Digərləri 15 Okt 2018 06:30:00 193 0

Süni intellekt elektron ticarətə uğur qazandırır

Elektron ticarətdə süni intellektdən istifadə ümumilikdə effektiv nəticələr verir. Bu barədə "Gartner" analitik şirkətinin internet ticarəti sahəsində fəaliyyət göstərən 300 şirkət arasında keçirdiyi qlobal sorğunun nəticələrində deyilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sahə üzrə təşkilat və müəssisələrin 70 faizi bildirib ki, onların süni intellekt layihələri uğurlu olub. Respondentlərin dörddəüç hissəsi müxtəlif bazar göstəricilərinin ikirəqəmli templərlə (10 faizdən çox) artdığını qeyd edib. Məsələn, satışlar və müştəri məmnunluğu yaxşılaşıb, eləcə də xərclər azalıb.

Tədqiqatçıların proqnozlarına görə, 2020-ci ilədək süni intellekt elektron kommersiya bazarı şirkətlərinin 60 faizində bu və ya digər şəkildə tətbiq ediləcək, bu biznesdə mədaxil artımının 30 faizi isə süni intellekt texnologiyalarının payına düşəcək.