Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?


Digərləri 14 Okt 2018 23:25:00 282 0

Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?

Deformasiyaedici osteoartroz (DOA) onurğa sütununun və ətraf orqanlarının distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur.

Oynaq qığırdağının degenerasiyası 60 yaşdan sonra normal fizioloji hal hesab olunur.

Ümümiyyətlə, osteoartroz zamanı pataloji proses tək oynaq qığırdağın əhatə etmir. O, bütün oynağı, həmçinin subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir.

Bu gün ki gündə qığırdağın dağılmasına gətirib çıxaran pataloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın -proteoqlikanların mübadiləsinin pozulması hesab olunur.

Medicina.az artroz.az-a istinadən bildirir ki, qığırdağın normal funksiyasını davamı üçün qığırdaq toxumasında kollagenlər, proteoqlikanlar, qeyri kollaqen qlukoproteinlər və su nisbətinin stabil olması əsas şərtdir. Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar vardır:

1. Birbaşa təsir edən faktorlar

a. Genetik faktor

b. Endokrin faktor (məs. klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir)

c. Oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində mikrotravmalar zamanı.

2. Bilavasitə təsir edən faktorlar zamanı qığırdağın adi fizioloji yüklənməsi zamanı rezistentliyin aşağı düşməsi nəticəsində əmələ gəlir.

a. Məs. qığırdağın zədəsi

b. Anadangəlmə statikanın pozulması

c. Əzələ bə bağların zəifliyi

d. Əvvələr keçirilmiş artritlər