Uzunömürlülüyün dietası tərtib olundu –


Digərləri 14 Okt 2018 23:05:00 274 0

Uzunömürlülüyün dietası tərtib olundu –

Uzun ömürlülük qidasının əsasını iltihabəleyhinə qidalar təşkil edir. Çünki orqanizmdə nə qədər az iltihab və iltihablı orqan olsa, insan bir o qədər sağlam olur.

Son.az medicina.az-a istinadən bildirir ki, İsveçin Karolin İnstitutunun epidemioloqları maraqlı bir araşdırma apararaq, dietanı yoxlayıblar. İnsanlarda çox rast gəlinən diabet, piylənmə, ürək-damar xəstəlikləri, bir sıra onkoloji xəstəliiklər xroniki iltihabın nəticəsidir.

İltihab əleyhinə pəhrizə bu qidalar daxildir: yaşıl rəngli tərəvəzlər, giləmeyvələr, qara üzüm, brokkoli, gül kələmi, lobya, mərci, paxlalılar, yaşıl çay, qəhvə, avokado, zeytun yağı, qoz, badam, acı şokolad. Az miqdarda qırmızı şərab, pivə, darçın, sarıkök, balıq da olar.

Tamamilə olmaz: transyağlar, qırmızı ət, fastfood, şirin içkilər, ağ çörək, çips, kreker, hazır şirniyyat, konfetlər, soya, bitki yağları, alkoqol. Elmi araşdırmada 16 il ərzində 60 000 insanın qidası, xəstəlikləri, həyat tərzi haqqında qeydlər təhlil olunub. Analizlər göstərdi ki, onlardan 16.000 erkən ölüb. Onların qidasında iltihab yaradan zərərli ərzaqlar  çoxluq təşkil edirdi. Yaşı 80-ə çatmış pasiyentlərin 45%-i iltihabəleyhinə pəhrizə yaxın qidalanırdılar.