74 yaşlı qoca nənə Quranı əzbərlədi


Digərləri 14 Okt 2018 22:45:00 393 0

74 yaşlı qoca nənə Quranı əzbərlədi

İordaniyalı qoca nənə Nurə Varidat qoca və savadsız olmasına rəğmən 74 yaşında uşaqlıq arzusuna çataraq bütün Quranı əzbərləyə bilib.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki,

Nurə nənə deyib: Ümidsizliyin həyatda yeri yoxdur. Ümidsizliklə yaşamaq olmaz. Mən 60 illik arzumu indi (74 yaş) həyata keçirə bildim.

Quranı əzbərləyərkən üzləşdiyi çətinliklərdən danışan Nurə nənə vurğulayıb: Mən bu yolda bütün gücümdən istifadə etdim və hər günü Quranı əzbərləmək üçün çalışmaqla başa vurdum.