Həştərxanda dəhşətli qəza:


Dünya 14 Okt 2018 22:46:00 242 0

Həştərxanda dəhşətli qəza:

Bu gün Həştərxan vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Son.az oxu.az-a istinadən bildirir ki, "Toyota Camry" ilə "Scoda Fabia" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəzaya səbəb "Toyota Camry" maşının qarşı yola çıxaraq qəza vəziyyəti yaratmasıdır.

Hadisə nəticəsində "Scoda Fabia" markalı avtomobil yanıb və qəzada dörd nəfər həlak olub. Ölənlərdən iksinin kimliyi məlum olub. "Toyota Camry" avtomobilinin sürücüsü 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.