Ölüm ayağındakı məşhur yazarın son etirafları


Digərləri 14 Okt 2018 22:20:00 286 0

Ölüm ayağındakı məşhur yazarın son etirafları

Zaman su kimi axıb gedir - bu bəlkə də eşitdiyimiz ən şablon sözlərdən biridir. Ancaq bu eyni zamanda həyatın bütün reallığını özündə ehtiva edən bir cümlədir. Bəs, həyat su kimi axıb gedərkən insan nə hiss edər? Nə düşünər?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, lakin bu sözlər məşhur yazar Erma Bombekin həyatının son anlarında qələmə aldığı cümlələrin yanında bir heç kimi görünür.  O 1996-cı ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Lakin onun həyat dramı bununla bitmədi. Ölməzdən öncə bir yazı yayımladı və peşmanlığını dilə gətirdi.

İslaminSesi həmin yazarın könül ağrısı ilə qələmə aldıqlarını sizə təqdim edir.

1. Həyatımı yenidən yaşaya bilsəydim əgər xəstə olan zaman yatar və dincələrdim. Mən olmasam işlər bərbad olar fikri ilə özümü həlak etməzdim.

2. Daha az danışar və daha çox dinləyərdim. Evim, süfrə örtüyüm çirklənər deyə pis olmaz, evimə daha çox qonaq dəvət edərdim.

3. Qonaq otağında daha çox Tv izləyər və popkornların yerə səpələnməyini dərd etməzdim

4. Mənə gəncliyindən danışan babama daha çox vaxt ayırardım. Həyat yoldaşımın dərdlərinə daha çox ortaq olardım.

5. Saçlarım dağılmasın deyə, avtomobilin pəncərəsinin açılmasına etiraz etməzdim. Paltarımın çirklənməsindən qorxmadan çəmənliyə oturardım.