Küçə heyvanları dişləyən zaman nə etməli


Digərləri 14 Okt 2018 22:05:00 342 0

Küçə heyvanları dişləyən zaman nə etməli

Quduzluq - ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur.

Bu xəstəliyin profilaktikasında əsasə məsələ heyvan dişləməsindən dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.

Xəstəliyin mənbəyi, əsas keçiriciləri: tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur), çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır.

Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.

Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.

Virus insan orqanizminə 2 yolla düşə bilər: 1 - quduz heyvanın dişləməsi nəticəsində; 2 - xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində!

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.