Adi çaya bu otdan əlavə etsəniz...


Digərləri 14 Okt 2018 21:40:00 272 0

Adi çaya bu otdan əlavə etsəniz...

Hamı bilir ki, çay çox faydalı içkidir. Çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır, əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə təsir edir.

Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır. Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə olunur.

Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir.

- Kəklikotulu çay qan dövranını, əqli fəaliyyəti yaxşılaşdırır.

- Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır.

- Kəklikotulu çayı baş ağrılarını azaldır.

- Mədə pozulmaları zamanı qarın "yığır", büzücü və mikrobəleyhinə təsir edir.

- İmmun sistemini möhkəmləndirir.