Din nədir sualına Allahın peyğəmbərindən gözəl cavab


Digərləri 14 Okt 2018 21:45:00 357 0

Din nədir sualına Allahın peyğəmbərindən gözəl cavab

İslam alimləri dinin bütün hökm və buyruqlarını ümumi olaraq üç: etiqad, əməl (ibadət) və əxlaq qismlərində cəm edirlər.

İman gətirən insan, İslam qanunları əsasında öz etiqad və əməllərini düzgün şəkildə, Allahın razı olacağı və tələb etdiyi şəkildə nizamlayır və formalaşdırır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bütün bunlar isə özünü əməl və əxlaq müstəvisində biruzə verir. Əgər iman edən şəxs əməl, davranış və əxlaq mərhələsində özünü təsdiq etməzsə, bu o deməkdir ki, onun imanı tam deyil və Allahın razı olacağı həddə formalaşmamışdır. Bu səbəbdən Allah Təala bu cür bəndələri ziyan içində olan insan adlandırır:

"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir.

Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa".   (Əsr surəsi)

Qurani Kərim, yalnız imanını, etiqadını, səbrini birləşdirib özünü əxlaq və davranış mərhələsində təsdiq edən kəsləri Allahın rizasını qazanan və ziyandan xilas olmuşlardan hesab edir. Çünki imanın göstəricisi əməl və gözəl əxlaqdır. Saleh əməl və gözəl əxlaq iman əsasında olarsa, o zaman insan iman gətirən və dini yaşayan insan hesab olunur.

Səhabələrdən biri, Peyğəmbərin (s) qarşısında dayanıb "din nədir?" deyə sual verir. Peyğəmbar (s) buyurur: