Badamdardakı sürüşmə ərazisində


Digərləri 14 Okt 2018 21:14:00 259 0

Badamdardakı sürüşmə ərazisində

Badamdardabaş verən sürüşmə ərazisində vəziyyət gərgin olaraq qalmaqdadı. Sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb. Ərazidə suyun səviyyəsi aşağı salındıqdan sonrakanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq. Əraziyə baxış üçünyapon mütəxəsislər də dəvət edilib. Bu gün baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerində olub son vəziyyətlə tanış olub.

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində aktivlik davam edir.Bu ərazidəki evlər üçün təhlükə hələ də qalmaqdadır.

Ötən gecədən etibarən sürüşmə sahəsində yeni çatlar və yarğanlar əmələ gəlib.Hadisə yerində olan baş nazirin müvaini Hacıbala Abutalıbov son vəziyyətlə tanış olub.

Hacıbala Abutalıbovun sözlərinə görə ,bu gündən etibarən sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün əlavə 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb.Məlumata görə,sürüşməyə əsas səbəb təpənin arxasında tikilən 10 minə yaxın evin heçbirinin kanalizasiya xəttinin olmamasıdır.Baş nazirin müavini onuda bildirdi ki,hazırda əsas məqsəd suyun səviyyəsini şossenin səviyyəsinə endirməkdi.Bundan sonra isə ərazidəki kanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq.


Xəbərə aid video