Yatmazdan öncə bunlara əməl edin


Digərləri 14 Okt 2018 21:15:00 343 0

Yatmazdan öncə bunlara əməl edin

Mütəal Allah insanı Özünə bəndəlik üçün xəlq edib. İnsan öz bəndəliyini müxtəlif formalarda təzahür edir. O, buna həm vacib əməllərin icrası ilə, həm də Allahın razasına səbəb olan digər əməllərin icrası ilə nail olur. İnsanın bütün əməllərinin nəticəsi onun özünə qayıdır. Bu özü də Allahın insan bir lütfüdür.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Hz. Zəhra (s.ə) buyurur ki, bir gecə, yatmamışdan öncə atam, Allah rəsulu (s) bizə qonaq gəldi. Atam (s) mənə buyurdu:

Ey Fatimə, bu dörd əməli yerinə yetirməmiş yatmayın:

Quran xətm edin,

Bütün peyğəmbəri özünüzə şəfaətçi edin,

Bütün möminləri özünüzdən razı edin,

Həcc və Ümrəni yerinə yetirin.

Hz Fatimə (s.ə) buyurdu: Atacan bu əmr etdiyin işlərə mənin (bir gecədə) qudrətim yetməz.

Allah Rəsulu (s) təbəssüm edərək buyurdu:

Əgər yatmamışdan öncə 3 dəfə "İxlas" surəsin oxusan bir Quran xətm etmiş kimisən.

Əgər mənə və məndən öncəki peyğəmbərlərə salavat göndərsən bütün peyğəmbərləri qiyamət günündə özünə şəfaətçi qərar vermiş olarsan.

Əgər bütün möminlərə dua etsən, onlar səndən razı olarlar.