Yeni binanın köhnə problemləri: Bina 7 ildir ki,


Digərləri 14 Okt 2018 21:04:00 249 0

Yeni binanın köhnə problemləri: Bina 7 ildir ki,

Həyətdə zibillik o qədər çoxalıb ki , iri siçovulların məskəninə çevrilib. Binada qazın olmaması eləcə də təmir işlərinin yarımçıq qalması sakinlərin ciddi narazılığına səbəb olub. SöhbətBakınınGülarə Qədirbəyova küçəsində yerləşən yeni inşa edilən binadan gedir.

Həyətdə zibilliklər üst-üstə qalanıb, binada qaz yoxdur və kanalizasiya suyu bloka axır.

Görüntülər Paytaxtın Nərimanov rayonunda yerləşən Gülarə Qədirbəyova küçəsindəki 14, 16 və 18 saylı binalardandır. Binanın sakinləri deyir ki,"Sveethause MTK"-dan 2011-ci ildə ev alsalar da burdakı mənzərə necə illərdir ki, dəyişməyib.Binada qaz olmadığına görə sakinlər elektrik enerjisinə görə daha çox pul ödəyirlər.

Üstəlikbinanın həyətindəki elektriknaqilləri açıq şəkildə -heç bir təhlükəsizlik tələbinə riayət edilmədən saxlanılır.

Binanın azyaşlı sakini Rüfət Nəsrullayev bildirir ki, ərazidə zibillikdə o qədər siçovul var ki, onlar hətta həyətdə oynamağa da qorxurlar.


Xəbərə aid video