Qış gəlməmiş qazdan boğulmalar başladı VİDEO


Digərləri 14 Okt 2018 20:54:00 319 0

Qış gəlməmiş qazdan boğulmalar başladı  VİDEO

Lənkəranda qaz sızmasından ölüm hadisəsi baş verib.

Hadisə Lənkəran şəhərinin "Raypo" ərazisində çoxmənzilli binada olub.

Belə ki, 1989-cu il təvəllüdlü Şəki rayonu Sarıcı kənd sakini Şəhriyar Əbdülrəhmanov qazdan boğulub. Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata əsasən, stansiyanın həkimləri hadisə yerinə çatanda Ş.Əbdülrəhmanov sağ olub. Ona ilkin tibbi yardım göstərildikdən sonra dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Amma həkimlərin bütün səyinə baxmayaraq, Şəhriyar Əbdülrəhmanov xəstəxanada vəfat edib.

Mərhumun tanışları bildiriblər ki, Ş.Əbdürəhmanovun uzun müddət telefonlara cavab vermədiyindən narahat olub, kirayə yaşadığı evə gəliblər. Evin qapısında isə kəskin qaz iyi hiss ediblər. Onlar qapını qıraraq içəri daxil olanda Şəhriyar Əbdülrəhmanovu evin ortasında yıxılmış vəziyyətdə aşkar ediblər. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərə aid video