18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib


Digərləri 14 Okt 2018 20:56:00 267 0

18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib

Şabranda yeniyetmə ov zamanı ehtiyatsızlıqdan dostunu güllələyib.

Rayon sakini, 18 yaşlı Mahir Şıxəliyev dostu, 15 yaşlı Elçin Bağırovla birlikdə ova gedib.

Mahir ovladığı quşları bişirən zaman dostundan tüfəngi ona gətirməsini istəyib. Elçin Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib və atəş açılıb.

Nəticədə dəgüllə Mahir Şıxəliyevin sağ tərəfdən sifətinə dəyib. Yaralı Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbərə aid video