Qara qarağat yarpaqlarının


Digərləri 14 Okt 2018 20:50:00 400 0

Qara qarağat yarpaqlarının

Həm qırmızı, həm də qara qarağat insan sağlamlığı üçün olduqca faydalıdır. Onların tərkibində bir çox vitaminlər, minerallar, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var.

Baxmayaraq ki, qarağatlar yaxın "qohumlardır", onların tərkibində olan faydalı maddələrin miqdarı xeyli fərqlənir. Gəlin birlikdə hansı qarağatın daha faydalı olduğunu təyin edək. Bunun üçün sizə bəzi faktlar təqdim edirik:

- 100 qr qara qarağatın tərkibində C vitaminin 2 sutkalıq dozası, 100 qr qırmızı qarağatın tərkibində isə yarım sutkalıq C vitamini dozası var. C vitamini insanın sağlamlığı üçün olduqca vacibdir. Onun əsas vəzifələrindən biri damarlarımızın sağlamlığını qorumaq, onları elastik və möhkəm etməkdir.

- Orqanizm üçün çox faydalı olan Omeqa-3 yağlı turşularının miqdarı qara qarağatda 2 dəfə çoxdur. Bu faydalı maddələr sinir toxumasının normal fəaliyyəti, infarkt və insultun profilaktikası üçün çox vacibdir. Omeqa-3 yağlı turşular beyini qoruyur və yaşlı insanlarda inkişaf edən ağıl zəifliyinin qarşısını alır.

- Ürəyin normal fəaliyyəti üçün çox vacib olan kalium və maqnezium mineralları qara  qarağatda qırmızı qarağatla müqayisədə daha çoxdur.

Qara qarağat unikal bitkidir. Alimlər bu bitkinin müalicəvi və profilaktik xüsusiyyətlərini çox yüksək qiymətləndirir.

Qara qarağatın yarpaqları da çox faydalı təbii müalicəvi məhsuldur. Qara qarağatın yarpaqları xalq təbabətində çox geniş istifadə olunur. Ənənəvi tibb də bu bitkinin faydalı xüsusiyyətlərini təsdiq edir.

Qara qarağat yarpaqları dəmləmələr şəklində istifadə olunur. Dəmləmənin hazırlanması qaydaları: termosa 2 x.q. doğranmış təzə qara qarağat yarpaqları qoyulur, üzərinə 1 stəkan qaynar su əlavə olunur, 1 saat ərzində dəmlənilir, süzülür və müalicəvi vasitə kimi istifadə olunur.

Qara qarağat yarpaqlarının faydaları:

- avitaminoz (vitaminlər çatışmazlığı) və immun sisteminin zəifləməsi zamanı çox faydalıdır

- uzun sürən xəstəliklərdən sonra orqanizmin bərpasını sürətləndirir, gümrahlıq bəxş edir

- güclü iltihab və virus əleyhinə təsirə malikdir

- sidikqovucu təsir edir - şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir