Ərdoğanın əlinə dünyanı silkələyəcək


Dünya 14 Okt 2018 20:23:00 287 0

Ərdoğanın əlinə dünyanı silkələyəcək

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyada qarşı təzyiqlər kəskinləşir. Türkiyə jurnalistin öldürülməsinə dair audio və videogörüntülərin olduğunu irəli sürərək, məsələ ilə bağlı ciddi tədbirlərin görüləcəyini, istintaq materiallarının isə müəyyən müddət ictimaiyyətə açıqlanmayacağını bildirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin xarici ölkələrdə olan diplomatları məsələ ilə bağlı hərəkətə keçib. İlkin məlumatlara görə, "The Washington Post" qəzetinə Türk mətbuatından məlumat daxil olub. Daxil olan məlumata görə, Camal Qaşıqçının Səudiyyə Ərəbistanın Türkiyədəki səfirliyinin ərazisində işgəncələrə məruz qaldığını və daha sonra necə öldürüldüyünü əks etdirən videogörüntülər təsdiqlənib:

"Türkiyənin xüsusi xidməti bu materialları Amerika xüsusi xidmətinə göndərib. Səfirlikdə baş verənlərə dair səs və görüntülər var. Camal Qaşıqçı səfirlik ərazisinə daxil olarkən nə olduğuna, onu kimlərin qarşıladığına dair səs yazıları mövcuddur. Görüntülərə və səs yazılarına ABŞ xüsusi qüvvələri də qulaq asıb. Qaşıqçının səsini, ərəbcə danışanları, ona israrla hansısa sualların verildiyi və daha sonra işgəncə ilə öldürdüyünü eşitmək mümkündür".

Bu çərçivədə ABŞ və İngiltərə başda olmaqla bir sıra ölkələr Səudiyyə Ərəbistanı ilə əlaqələrinə yenidən baxacaqlarını, sanksiya tətbiq edəcəklərini deyiblər. Bundan başqa, əksər nüfuzlu şirkətlər və onun nümayəndələri, eləcə də məşhurlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın 23-25 oktyabr tarixlərində keçirəcəyi "Gələcəyə İnvestisiya Cəhdi" adlı beynəlxalq konfransda iştirakdan imtina ediblər.

"Washington Post" qəzetində gedən yazıda isə jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğundan çıxmamasının, Türkiyə tərəfinin irəli sürdüyü görüntü və səs yazıları ilə birlikdə ciddi şübhə doğurduğu qeyd edilib.

Konsulluq isə jurnalistin çıxışına dair təhlükəsizlik kameralarında heç bir görüntünün olmadığını bəyan edib. Türkiyə prezidenti məsələ ilə bağlı çıxışlarından birində deyib:

"Hər bir konsulluğun özünün təhlükəsizlik kameraları və mühafizəsi var. Təbii ki, bu şəxslər həmin ölkələrdən, nümayəndəliklə birlikdə gətirilir. Biz inanırıq ki, onlar sadəcə öz işlərini görürlər. Amma ortada bir hadisə var və ittihamlara aydınlıq gətirilməlidir".

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı Səudiyyə Ərəbistanına qarşı heç bir sanksiya irəli sürməyəcəyini desə də, bu gün səhər saatlarında verdiyi bəyanat bir qədər fərqli olub: