Yer üzündə törədilən ilk qətl və buna səbəb olan insan xisləti


Digərləri 14 Okt 2018 19:45:00 328 0

Yer üzündə törədilən ilk qətl və buna səbəb olan insan xisləti

Qurani Kərimə əsasən yer üzünün ilk insan sakini Həzrət Adəmdir. Adəm (ə) ilk insan olmaqla yanaşı həm də peyğəmbəridi. Quran, insan nəslinin Adəm (ə) və həyat yoldaşı Həvvadan artaraq çoxaldığını bildirir. Həmçinin Quran, Adəm (ə) peyğəmbərin övladlarına da işarə edir. Lakin adlarını çəkmir:

"Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu" (Maidə-27)

Həzrət Adəmin (ə) övladlarının adları Tövratda fərqli şəkildə qeyd olunsa da Quranda adları çəkilməmişdir. Adəmin (ə) övladlarının adları islami mətnlərdə yalnız hədis və rəvayətlərdə qeyd olunmuşdur. (Təfsiri-Nümunə)

Hədislərdə bu övladların adları Habil və Qabil kimi vəsf edilmişdir. Həmçinin Qabilin, qarbaşı Habili öldürdüyü də qeyd olunur. Quran bu barədə buyurur:

"Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu"  (Maidə-30)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Həzrəti Adəmin (ə) ilk insan olduğunu nəzərə alaraq demək olar ki, onun (ə) övladları da ilk uşaqlardır və bu uşaqlardan da biri digərini öldürmüşdür. Qeyd olunan ayə də bunu təsdiq edir.

Təfsirçilər bu qətlin səbəbinin həsəd və paxıllığ olduğunu qeyd edirlər. Qurani kərim bu mətləbə işarə edərək Qabilin paxıllığ etdiyini və qardaşına həsəd etdiyi üçün öldürdüyünü bildirir:

"Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: "Səni hökmən öldürəcə-yəm!" (Qardaşı da ona belə) demişdi: "Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!"   (Maidə-27)